İş adamının evindən oğurluq edən xadiməyə hökm oxunub

İş adamının evindən oğurluq edən xadiməyə hökm oxunub
# 22 fevral 2019 14:55 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Gülər Piriyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

ONA-nın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, G. Piriyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, G.Piriyeva zərərçəkmiş Vüsalə Bəşirovanının Bakıda yerləşən evində xadimə işləyib. O, işlədiyi dövrdə ev sahibinin mənzilindən 56 min manatlıq oğurluq edib.

V.Bəşirovanın hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan G.Piriyeva barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Qeyd edək ki, zərərçəkmiş V.Bəşirova “Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirovun həyat yoldaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR