"Pakistan Milli Bankı Bakı filialı" ötən ili cüzi mənfəətlə başa vurub

"Pakistan Milli Bankı Bakı filialı" ötən ili cüzi mənfəətlə başa vurub
# 10 fevral 2017 11:14 (UTC +04:00)

2016-cı ilin IV rübündə "Pakistan Milli Bankı Bakı filialı"nın aktivlərinin həcmi 11,263 mln. manat təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 2,54% çoxdur. Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 18,4% azalaraq 1,797 mln. manat olub.

Ötən il bankın depozit portfeli 667,350 min manat təşkil edib ki, 2015-ci illə müqayisədə 74% çoxdur. Bankın öhdəlikləri isə 46,8% artaraq 946,260 min manata bərabər olub.

Hesabat dövründə bankın nizamnamə kapitalı dəyişməyərək 9 mln. 420 min manat təşkil edib.

Bankın gəlirləri 610,510 min manata, xərclər isə 768,430 min manata bərabər olub.

Bank ötən ili 14,710 min manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR