Gədəbəydə iki avtomobil toqquşub, bir nəfər ölüb

Gədəbəydə iki avtomobil toqquşub, bir nəfər ölüb
# 24 oktyabr 2016 10:07 (UTC +04:00)

Bakı-APA. Gədəbəy rayonunun Slavyanka kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 23-də saat 20 radələrində Gədəbəy rayonunun Slavyanka kəndində Gəncə şəhər sakini İlham Quliyevin idarə etdiyi “Mitsubishi” və Şəmkir rayon sakini Vüqar Əzizovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşub.

Nəticədə V. Əzizovun sərnişini, Şəmkir rayon sakini Əli Əzizov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR