Bakı və Abşeronda qrunt sularının səviyyəsi qalxıb

Bakı və Abşeronda qrunt sularının səviyyəsi qalxıb
# 01 fevral 2017 14:38 (UTC +04:00)

Bakı və Abşeronun bir neçə yerində qrunt sularının səviyyəsi qalxıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, yanvar ayında subasmalar daha çox Binəqədi rayonu ərazisində müşahidə olunub. O deyib ki, Binəqədi 1-ci mədən yaşayış sahəsi, eyni zamanda Binəqədi qəsəbəsi Məlik Aslanov küçəsində subasma prosesi aktivləşib, ərazilərin qrunt suları ilə basılması müşahidə olunub.

Ə. Qaralov qeyd edib ki, Maştağa-Zabrat, Zabrat-Məhəmmədi, Şuşa şəhərciyində subasma sahələri, Daş karxanası yaşayış massivi və Qala qəsəbəsində qrunt sularının səviyyəsinin qalxması nəticəsində subasma prosesi aktivləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR