Fərəc Quliyevin keçmiş müavininə hökm oxunub

Fərəc Quliyevin keçmiş müavininə hökm oxunub
# 11 sentyabr 2015 11:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Türkiyə vətəndaşı Fer Adil Yavuz, Azərbaycan vətəndaşları Əlirza Amanbəyli və Bəhram Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə F. A. Yavuz 5 il, Ə. Amanbəyli 3 il, Bəhram Əliyev isə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsinə əsasən ittiham olunurlar.

Onu da qeyd edək ki, Əlirza Amanbəyli bir müddət Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin müavini vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR