Bakıda çoxmərtəbəli binada iki mənzil yanıb

Bakıda çoxmərtəbəli binada iki mənzil yanıb
# 03 noyabr 2016 06:05 (UTC +04:00)

Bu gün Bakı şəhəri, Xətai rayonunda yeddimərtəbəli, mansard tipli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan 2 otaqlı mənzilin mansardı və içərisində olan əşyalar 75 m2 sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 340 m2 olan 2 otaqlı mənzilin mansardı və içərisində olan əşyalar 55 m2 sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hər iki mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 05:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR