Gəncədə 16 yaşlı qız dəm qazından boğulub

Gəncədə 16 yaşlı qız dəm qazından boğulub
# 17 fevral 2017 09:40 (UTC +04:00)

Gəncədə dəm qazı daha bir nəfərin həyatına son qoyub.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb. Orada yaşayan, 2001-ci il təvəllüdlü Nərgiz Yəhya qızı Zeynalovanın meyiti yaşadığı evin hamamında aşkar edilib.

İlkin ehtimala görə, N. Zeynalova dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR