Litvada NATO-nun təlimləri başlayıb

Litvada NATO-nun təlimləri başlayıb
# 20 noyabr 2016 19:17 (UTC +04:00)

Litvada NATO-nun “Iron Sword” adlı təlimləri başlayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, təlimlərdə 4 min hərbçi iştirak edir.

Təlimlərə Böyük Britaniya, Almaniya, Latviya, Litva, Lüksemburq, Kanada, Polşa, Rumıniya, Sloveniya, ABŞ və Estoniya hərbçilərinin qatıldığı bildirilir.

Təlimdə hərbçilər arasında əlaqələndirmə, real döyüş şəraitində birgə fəaliyyətin yoxlanılması və təkmilləşdirilməsi, hücum və müdafiə əməliyyatlarının təşkili, yaşayış məntəqələrində döyüş əməliyyatlarının aparılması, döyüş əməliyyatlarının müxtəlif mərhələlərində qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR