Filippində kəndə basqın edilib, 9 nəfər öldürülüb

Filippində kəndə basqın edilib, 9 nəfər öldürülüb
# 21 avqust 2017 08:59 (UTC +04:00)

Bir qrup silahlı şəxs Filippinin Basilan əyalətində kəndə basqın edib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, kənd hücum nəticəsində 9 nəfər öldürülüb, 10 nəfər yaralanıb.

Hadisə bu gün yerli vaxtla saat 05.30 radələrində baş verib.

Silahlı şəxslər kəndə daxil olaraq evləri yandırmağa, insanlara atəş açmağa başlayıblar. Hücumda 50-yə yaxın şəxsin iştirak etdiyi ehtimal olunur.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR