BDU-da “Elektron kataloq-yüksək informasiya texnologiyalarının nəticəsi kimi” mövzusunda konfransı keçirilib

BDU-da “Elektron kataloq-yüksək informasiya texnologiyalarının nəticəsi kimi” mövzusunda konfransı keçirilib
# 14 aprel 2017 16:53 (UTC +04:00)

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanda Kitabxana İşinin İnkişafı Assosiasiyasının təşkilatçılığı və BDU-nun Kitabxanaçılıq-İnformasiya fakültəsinin dəstəyi ilə Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının “Elektron kataloq-yüksək informasiya texnologiyalarının nəticəsi kimi” mövzusunda təşkil etdiyi tələbələrin elmi praktik konfransı keçirilib.

APA-nın məlumatına görə, konfransda BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin tələbə-müəllim kontingenti, kitabxana ictimaiyyəti, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kitabxanası, ADA Universitetinin kitabxanası, Respublika Elmi Tibb Kitabxanası, Firudin bəy Köçərli adına Respublika Uşaq kitabxanası, BDU-nun Elmi kitabxanası, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası, AMEA MEK, Xətai rayon MKS, Xəzər Universitetinin Kitabxana-informasiya Mərkəzi, M.F.Axundov adına Milli Kitabxana, Respublika Elmi Pedaqoji kitabxanası, Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs kompleksinin əməkdaşları iştirak ediblər.

Tədbirdə kitabxanaçılıq-informasiya fakültəsinin dekanı A.Qurbanov, Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının müdiri professor Xəlil İsmayılov, layihə rəhbəri tarix üzrə fəlsəfə doktoru Rəşad Qardaşov çıxış edərək konfransın əhəmiyyətindən, qarşıda duran məsələlərdən danışıblar.

Sonda fərqlənən tələbələr diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR