Abşeronda yük avtomobili yoldan keçən şəxsi vuraraq öldürüb

Abşeronda yük avtomobili yoldan keçən şəxsi vuraraq öldürüb
# 03 dekabr 2016 08:21 (UTC +04:00)

Abşeronda yük avtomobili yoldan keçən şəxsi vuraraq öldürüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 2-də saat 20 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsində avtomobil yolu keçən qəsəbə sakini Murad İsgəndərovu vurub. O, xəstəxanaya aparılarkən yolda ölüb.


Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "ZİL" markalı avtomobilin sürücüsü, Qobu qəsəbə sakini Canpolad Kərimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR