Bəzi avtobusların hərəkət sxemindəki dəyişiklik ləğv edilib

Bəzi avtobusların hərəkət sxemindəki dəyişiklik ləğv edilib
# 20 aprel 2017 06:55 (UTC +04:00)

Bakıda təmirlə əlaqədar avtobusların hərəkət sxemində edilən müvəqqəti dəyişiklik ləğv edilib.

Bu barədə "APA-Economics"ə Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

"Bakının Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft meydanınadək olan hissəsində aparılan təmir işləri yekunlaşdığından artıq həmin yoldan keçən 6 və 65 nömrəli marşrut xətləri üzrə avtobuslar da əvvəldən müəyyən edilən sxem üzrə hərəkət edirlər", - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR