"Zaminbank"ın xəzinədarına hökm oxunub

"Zaminbank"ın xəzinədarına hökm oxunub
# 06 noyabr 2017 12:25 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Eldar Salmasinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrlik etdiyi iclasda hökm elan edilib. Hökmə əsasən, o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, "Zaminbank" ASC-də xəzinədar olmuş E. Salmasi vətəndaşları ucuz qiymətə dollar satmaq adı ilə aldadaraq dələduzluq edib. E. Salmasi vəzifəsindən azad edildikdən sonra da bir neçə şəxsə qarşı dələduzluq əməli törədib.

İttihama münasibət bildirən E. Salmasi özünü təqsirli bilməyib və həmin pulları borc adı ilə aldığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR