Manat lariyə nisbətən 1% bahalaşıb

Manat lariyə nisbətən 1% bahalaşıb
# 29 dekabr 2016 06:16 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 28-i ilə müqayisədə dəyişməyərək 1,7662 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,11% zəifləyərək 1,8467 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,34% bahalaşaraq 0,0292 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,34% zəifləyərək 0,4993 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1635 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,3%-lik azalma baş verib.

Gürcüstan larisinin məzənnəsi də 1,15% zəifləyərək 0,6646 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR