Azərbaycanda həyat sığortaçılarının sayı arta bilər

Azərbaycanda həyat sığortaçılarının sayı arta bilər
# 29 iyun 2015 08:39 (UTC +04:00)

Bakı - APA-Economics. "Dövlətimiz həyat sığortaçılarının sayını artırmağı lazımi bilsə, biz böyük məmnuniyyətlə bu işlə məşğul olarıq".

Bunu "APA-Economics"ə "AzSığorta" ASC-nin İdarə Heyəti sədrinin I müavini Aleksandr Kananadze bildirib.

A. Kananadze bildirib ki, şirkət bir neçə il bundan öncə sözügedən sığorta növü ilə məşğul olmaqla bağlı lisenziya almaq üçün müraciət edib, lakin şirkətə xüsusi razılıq verilməyib.

"Belə başa düşürəm ki, hələlik hökumət həyat sığortaçılarının sayının artırılmasında maraqlı deyil. Halbuki, bu, olduqca maraqlı sığorta növüdür. Əhaliyə yığım, pensiya sığortasının, investisiya məhsullarının cəlbedici tərəflərini izah etmək lazımdır. Könüllü həyat sığortası bütün dünyada sığorta sahəsinin drayveri rolunu oynayır. Rəqabətin olmaması Azərbaycanda bu sahənin inkişafını ləngidir", - deyə A. Kananadze bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR