Makron Şengen razılaşmasında dəyişiklər etməyi təklif edib

Makron Şengen razılaşmasında dəyişiklər etməyi təklif edib
# 05 mart 2019 02:27 (UTC +04:00)

Fransa prezidenti Emanuel Makron Şengen razılaşmasının müddəalarını yenidən baxışdan
keçirmək zərurətindən danışıb.

ONA-nın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, Makronun fikrincə insanların azad və təhlükəsiz hərəkətini təmin etmək üçün sistemdə dəyişikliklər etmək lazımdı.

Fransa lideri yeni ümumavropa həmrəyliyinə dair siyasət aparmağı və miqrantların qəbulu üçün ümumi qaydaların işlənməsini təklif edib.

Makron dəyişiklərin Avropanın daxili təhlükəsizlik şurası nəzdində həyata keçirilməsini istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR