Bu il Azərbaycanda avtomobil nəqliyyatı ilə 910 milyon sərnişin daşınıb

Bu il Azərbaycanda  avtomobil nəqliyyatı ilə 910 milyon sərnişin daşınıb
# 14 avqust 2015 14:55 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 75,1 mln. ton yük, 910,9 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bununla da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,0% və 3,7% artım qeydə alınıb.

Sərnişinlərin 96,1%-i avtobus, 3,9%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Bundan başqa, qeyd olunan dövrdə yük dövriyyəsi 7,0%, sərnişin dövriyyəsi isə 3,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR