Bakının mərkəzi küçələrindən birində hərəkət məhdudlaşdırılacaq

Bakının mərkəzi küçələrindən birində hərəkət məhdudlaşdırılacaq
# 29 oktyabr 2016 15:40 (UTC +04:00)

Bu gecə Gülarə Qədirbəyova küçəsində (Təbriz küçəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyi icitmaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən bildirilib. Məlumatda qeyd olunub ki, Bakının Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 130 ünvanında yerləşən “Bakı Konqress Mərkəzinə” məxsus ərazidə abadlaşdırma işlərinin aparılması məqsədilə Gülarə Qədirbəyova küçəsi ilə Xətai prospektinin kəsişməsində yağış suları və kanalizasiya xətlərinin şəhər şəbəkəsinə qoşulması işləri ilə əlaqədar 2016-cı il oktyabrın 29-da saat 22:00-dan etibarən Gülarə Qədirbəyova küçəsində (Təbriz küçəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Təmir işləri 24 saat davam edəcək.

Sürücülərə alternativ olaraq Əhməd bəy Ağaoğlu və Həsənoğlu küçələrindən istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR