Riçard Almeyda BƏƏ klubu ilə müqavilə bağlayıb

Riçard Almeyda BƏƏ klubu ilə müqavilə bağlayıb
# 21 yanvar 2020 21:34 (UTC +04:00)

Qış fasiləsində "Qarabağ"dan ayrılan Riçard Almeydanın yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

31 yaşlı futbolçu “Baniyas” klubu ilə anlaşıb. Almeyda yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, 2012-ci ilin yayından bəri “Qarabağ”da çıxış edən Riçard Almeyda yalnız 2018-ci il 6 ay Qazaxıstanın “Astana” klubunun formasını geyinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR