80 mln. manatlıq ipoteka istiqrazlarının sonuncu tranşının yerləşdirilməsinə başlanır

80 mln. manatlıq ipoteka istiqrazlarının sonuncu tranşının yerləşdirilməsinə başlanır
# 10 iyul 2018 10:12 (UTC +04:00)

İyulun 12-də Bakı Fond Birjasında İpoteka və Kredit Zəmanət Fondunun 20 mln. manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Fonddan “APA-Economics”ə verilən xəbərə görə, istiqrazlar 1 007 manat qiyməti ilə satışa çıxarılacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti martın 30-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 80 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Buraxılışın 20 mln. manat təşkil edən ilk emissiyası aprelin 19-da yerləşdirilib.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR