Tbilisi sirki satışa çıxarılıb

Tbilisi sirki satışa çıxarılıb
# 28 oktyabr 2017 10:54 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki dövlət sirkinin binası satışa çıxarılıb.

APA-nın yerli bürosunun məlumatına görə, 21,014 kvadrat metr sahəyə malik binanın satış qiyməti açıqlanmayıb.

Sirkin satışı ilə bağlı elanda qeyd olunub ki, daşınmaz əmlak ofis, mehmanxana və digər xidmət müəssisələri daxil olmaqla, qarışıq istifadə üçün uyğundur.

Sirk Tbilisinin tarixi binalarından biridir. 1939-cu ildə tikilmiş bina görkəmli sovet memarı Nikolay Neprintsev tərəfindən layihələndirilib. Tbilisi sirki keçmiş sovet İttifaqında ən yaxşı binaya malik olan sirklərdən biri kimi tanınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR