Kənd təsərrüfatı məhsullarının sığortası üzrə ödənişlər 13 dəfə azalıb

Kənd təsərrüfatı məhsullarının sığortası üzrə ödənişlər 13 dəfə azalıb
# 23 may 2018 12:40 (UTC +04:00)

Azərbaycanda kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasına maraq artıb.

APA-Economics”in Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, aprel ayında kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə sığorta daxil olmaları mart ayı ilə müqayisədə 4,9 dəfə, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,2 dəfə artaraq 31 min 854 manat təşkil edib.

Hesabat dövründə kənd təsərrüfatı bitkiləri məhsullarının sığorta üzrə ödənişlər 64,4 min manat təşkil edib ki, bir il əvvəl ilə müqayisədə 13,05 dəfə azdır.

Kənd təsərrüfatı heyvanlarının sığortasına gəlincə, bu ilin yanvar-aprel aylarında bu növ üzrə sığorta daxilolmaları 884,6 min manat, ödənişlər isə 137,7 min manat olub. Mart ayı ilə müqayisədə daxilolmalar 63,7%, ödənişlər isə 31,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR