Lənkəranda yol qəzasında biri 3 yaşlı olmaqla iki nəfər xəsarət alıb

Lənkəranda yol qəzasında biri 3 yaşlı olmaqla iki nəfər  xəsarət alıb
# 21 iyul 2015 09:59 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda iki nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə Ələt-Astara magistralının 199-cu kilometrliyində, yolun rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayon sakini Vüqar İbrahimovun idarə etdiyi 99 AL 416 dövlət nömrə nişanlı, "Nissan sentra" markalı minik avtomobili onun həmyerlisi Nicat Həsənlinin idarə etdiyi 42 BA 332 dövlət nönrə nişanlı, “VAZ-21063” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən “Nissan sentra” yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücünün avtomobilin salonunda olan oğlanları - 18 yaşlı Pərvin və 3 yaşlı Hünər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Burada yaralılara müvafiq tibbi yardım göstərilib, lakin vəziyyətləri ağırlaşdığından Bakı şəhərinə yola salınıblar.

İlkin versiya kimi qəzanın yüksək sürət və ötmə qaydalarının kobud şəkildə pozulması səbəbindən baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq başvermə səbəbləri aparılmış avtoekspertizanın verəcəyi rəydən sonra bilinəcək.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövıət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR