İtkin düşən neftçalalı abituriyent tapılıb - YENİLƏNİB

İtkin düşən neftçalalı abituriyent tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 26 iyul 2017 08:34 (UTC +04:00)

İtkin düşən neftçalalı abituriyent tapılıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Bakıda qəbul imtahanında iştirak edəndən sonra itkin düşdüyü bildirilən Neftçala rayon sakini, 2000-ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu evlərinə dönüb.

Onun atası Yaşar Əliyevin verdiyi məlumata görə, oğlu Bakıda dostlarının yanında olub, qəbul imtahanlarında az bal topladığı üçün evlərinə dönməyə utandığını bildirib.

***

25 İyul 2017 18:00

Neftçala sakini itkin düşüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayon sakini, 2000-ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 22-də keçirilən qəbul imtahanında iştirak etmək məqsədilə Bakıya gedib.

Yaxınlarının dediyinə görə, İbrahim Əliyev iyulun 24-ü saat 07:15 radələrində Bakı Beynəlxalq Avtovağzalından mikroavtobusla Neftçalaya yola düşüb. Lakin hələlik məlum olmayan səbəblərdən evə gəlməyib.

İbrahim Əliyevi görənlərdən və ya onun barəsində hər hansı məlumatı olanlardan 050-727-96-16, 055-907-52-69 nömrələri ilə əlaqə saxlayıb xəbər vermələri xahiş olunur.

Faktla bağlı Neftçala rayon Polis İdarəsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR