Qusar-Xudat yolunda iki maşın toqquşub, xəsarət alan var

Qusar-Xudat yolunda iki maşın toqquşub, xəsarət alan var
# 17 avqust 2015 06:53 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Qusar yolunun 7-ci km-də qeydə alınıb. 10 RL 014 markalı “BMW” markalı minik maşını ilə 38 BF 173 dövlət nömrə qeydiyyatlı “Lifan” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində “BMW”-nin sürücüsü Qusar rayonu, Avaran Palasa kənd sakini, 1973-cü il təvəllüdlü Ağadayev Natiq Nadir oğlu xəsarət alıb. Xudat şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.

İlkin ehtimalla görə, hadisəyə səbəb “BMW”-nin əks istiqamətdə hərəkətdə olan maşınların yoluna çıxması və yüksək sürətdir.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR