Lənkəran Dövlət Universitetində «Multikulturalizm və Azərbaycan ədəbiyyatı» mövzusunda seminar keçirilib

Lənkəran Dövlət Universitetində  «Multikulturalizm və Azərbaycan ədəbiyyatı» mövzusunda seminar keçirilib
# 29 noyabr 2016 18:41 (UTC +04:00)

Bu gün Lənkəran Dövlət Universitetində (LDU) «Multikulturalizm və Azərbaycan ədəbiyyatı» mövzusunda elmi-praktik seminar keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektor vəzifəsini icra edən, filologiya elmləri doktoru, professor Yədulla Ağazadə Azərbaycanın multikultural ölkə kimi səciyyəvi cəhətlərini qeyd edərək, Azərbaycan ədəbiyyatı nümunələrində xalqın həyata, dünyaya multikultural baxışını konkret ədəbi-bədii misallarla göstərib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov «Azərbaycan multikulturalizminin ədəbi-elmi qaynaqları», LDU-nin humanitar fakültəsinin dekan əvəzi, tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov «Multikulturalizmin Azərbaycan modeli», AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor İslam Qəribli «Məhəmməd Hadi yaradıcılığında multikultural dəyərlər», LDU-nin Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev «Nizami Gəncəvinin «Yeddi gözəl»» poemasında multikultural ovqat», tarix-coğrafiya fakültəsinin II kurs tələbəsi Gözəl Bağırzadə «Tolerantlıq xalqımızın təbiətindədir» mövzularında məruzə ediblər.

Seminarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəfis şəkildə nəşrə hazırladığı «Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları» kitabının və «Multikultralizm» ədəbi-bədii, elmi-publisistik jurnalının I və II saylarının təqdimatı keçirilib.

Sonda fikir mübadiləsi edilib, suallara cavab verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR