Məhkəmə BDU-nun dekan müavininin iddiası əsasında tələbə haqqında qərar çıxarıb

Məhkəmə BDU-nun dekan müavininin iddiası əsasında tələbə haqqında qərar çıxarıb
# 08 noyabr 2017 09:44 (UTC +04:00)

Bu gün Yasamal Rayon Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılıb.

APA-nın xəbərinə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Z. Mirağayevə ittiham olunduğu 148-ci (təhqir) maddə üzrə bəraət verilib, 147.2-ci (böhtan) maddə üzrə isə aylıq gəlirinin 15 faizi tutulmaqla, 1 il islah işlərinə cəlb olunmaq cəzası verilib.

Qeyd edək ki, ötən iclasda Z. Mirağayevin Azərbaycanı tərk etdiyi məlum olub və bunun üçün onun barəsində axtarış elan olunub. Bir müddət əvvəl Z. Mirağayev ölkəyə qayıdıb.

Z. Mirağayev mətbuata açıqlama verərək, fakültədə rüşvətxorluq olduğunu deyib.

Z. Mirağayev Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR