London metrosunda partlayışla əlaqədar ətrafdakı binalar boşaldılıb, yaralı sayı artıb

London metrosunda partlayışla əlaqədar ətrafdakı binalar boşaldılıb, yaralı sayı artıb
# 15 sentyabr 2017 13:48 (UTC +04:00)

London metrosunun "Parsons Green” stansiyasında bu gün törədilən partlayışla əlaqədar stansiyaya yaxın ərazilər boşaldılıb.

APA-nın "İndependent"-ə istinadən verdiyi xəbərə görə, stansiyasının 100 metrliyində yerləşən bütün binaların sakinləri evakuasiya edilib. Həmin ərazidə yerləşən məktəblərdə isə dərslər dayandırılıb.

Hadisə zamanı yaralananların sayının 22-ə çatdığı bildirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR