Azərbaycan Tələbə - Könüllülərinin 3-cü Forumu keçirilib

Azərbaycan Tələbə - Könüllülərinin 3-cü Forumu keçirilib
# 25 yanvar 2018 14:47 (UTC +04:00)

Təhsil Nazirliyinin "Bir" Tələbə - Könüllü Proqramının təşkilatçılığı ilə Azərbaycan Tələbə - Könüllülərinin 3-cü Forumu keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə təhsil nazirinin vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, millət vəkilləri, 300-ə yaxın tələbə - könüllü iştirak edib.

Forumda tələbələrin könüllülük fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Təhsil Nazirliyi tərəfindən reallaşdırılan çoxsaylı layihələr içərisində "Bir" Tələbə - Könüllü Proqramının mühüm yer tutduğunu bildirən Ceyhun Bayramov qeyd edib ki, son illərdə ölkədə keçirilmiş beynəlxalq tədbirlərin təşkilində tələbə - könüllülərin fəaliyyətləri danılmazdır.

Gənclər və idman nazirinin müavini İ. İsmayılov, millət vəkili Fuad Muradov da forumda çıxış ediblər.

Forumda Azərbaycanda könüllülük sahəsində ilk dəfə həyata keçirilən "Elektron könüllü portalı"nın təqdimatı keçirilib. Bu sistem vasitəsilə hər bir tələbə-könüllünün iştirak etdiyi tədbirlərin sertifikatı konullu.edu.azsaytındakı hesabında yerləşdiriləcək.

Forumda ilin ən fəal tələbə - könüllüləri mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR