Ötən ay Gürcüstana ən çox Azərbaycandan səfər edilib

Ötən ay Gürcüstana ən çox Azərbaycandan səfər edilib
# 05 fevral 2018 09:29 (UTC +04:00)

Yanvar ayında Azərbaycan Gürcüstana səfər etmiş əcnəbi ziyarətçilərin sayına görə 1-ci yeri tutub.

APA-nın yerli bürosu Gürcüstanın Milli Turizm Administrasiyasına istinadla xəbər verir ki, ötən ay Azərbaycandan qonşu ölkəyə 116 503 nəfər səfər edib ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 976 nəfər və ya 0,8% çoxdur.

Yanvar ayında Gürcüstana ümumilikdə 444 241 əcnəbi ziyarətçi səfər edib. Bu, ötən ilin analoji göstəricisindən 14,8% çoxdur.

Ötən ay Azərbaycandan sonra Gürcüstana ən çox ziyarətçi Türkiyə (94 959 nəfər), Ermənistan (93 711), Rusiya (71,141) və İrandan (15 570) səfər edib.

Gürcüstanın Milli Turizm Administrasiyası bu il ölkəyə 8 milyondan çox əcnəbi ziyarətçinin səfər edəcəyini proqnozlaşdırır. Turizmdən əldə olunacaq gəlirlərin isə 3 mlrd. dollardan artıq olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR