Tovuzda 9 yaşlı oğlanı maşın vurub

Tovuzda 9 yaşlı oğlanı maşın vurub
# 04 yanvar 2018 14:46 (UTC +04:00)

Tovuzda azyaşlını maşın vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz şəhərində qeydə alınıb.

Şəhər sakini 2009-cu il təvəllüdlü Ağayev Roman Taleh oğlu yolu keçmək istəyərkən “VAZ 2107” markalı avtomobillə vurulub.

Ağır bədən xəsarətləri alan azyaşlı əvvəlcə Tovuz Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədəki xəstəxanalardan birinə aparılıb.

Məlumata görə, hadisəni törədən sürücü avtomobillə ərazidən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR