"Bakcell" MMC bu ilin oktyabrın 1-dən etibarən aşağıda bəzi tariflərdə dəyişiklik edəcək. "APA-Economics" xəbər verir ki, bu barədə mobil operatorun yaydığı elanda deyilir.
Məlumata əsasən, "Business 15" tarifində yalnız korporativ abunəçilər üçün şəbəkədaxili (3000 dəqiqə) və şəbəkəxarici (300 dəqiqə) bonuslar bitdikdən sonra 1 dəqiqə/0,08 manat, "Business Freestyle+Ultra" tarifində isə şəbəkədaxili (5000 dəqiqə) və şəbəkəxarici (2000 dəqiqə) bonuslar bitdikdən sonra ölkədaxili zənglərin qiyməti 1 dəqiqə/0,08 manat təşkil edəcək.
Yuxarıda qeyd edilən tariflərdə digər bonuslar dəyişməz qalır.