Sabunçuda naməlum kişi meyiti tapılıb

Sabunçuda naməlum kişi meyiti tapılıb
# 29 dekabr 2016 15:02 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda yarımçıq tikilidən 1 nəfərin cəsədini çıxarmaq üçün köməyə ehtiyac olması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq şəxsiyyəti məlum olmayan kişi cəsədini tikilinin içərisindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR