İnvestorlar gəlirlərini fiksə edir, dollar 1% ucuzlaşıb

İnvestorlar gəlirlərini fiksə edir, dollar 1% ucuzlaşıb
# 23 yanvar 2017 06:39 (UTC +04:00)

Yaponiyada ticarət sessiyasının açılışında dollar 1% ucuzlaşıb. "APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, buna səbəb investorlar tərəfindən gəlirlərin fiksə olunmasıdır. Belə ki, ABŞ-ın yeni prezidenti Donald Trampın inauqurasiyasından sonra dolların kəskin bahalaşması nəticəsində investorlar xeyli gəlir əldə edib.

Hazırda 1 dollar 113,43 yenə bərabərdir. Ötən həftənin cümə günü ticarət sessiyasının yekununda dolların məzənnəsi 113,5 yen təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR