Mənimsəmədə təqsirləndirilən satış menecerinə hökm oxunub

Mənimsəmədə təqsirləndirilən satış menecerinə hökm oxunub
# 10 yanvar 2018 08:33 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Elşən Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, E.Məmmədov Bakıda şirkətlərin birində satış meneceri vəzifəsində çalışıb. O, çalışdığı müddətdə şirkətin 20 min manat pulunu mənimsəməyib. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR