Gələn ildən aşağı sinif şagirdləri üçün summativlərdə dəyişiklik olacaq

Gələn ildən aşağı sinif şagirdləri üçün summativlərdə dəyişiklik olacaq
# 24 may 2018 11:52 (UTC +04:00)

Azərbaycanda gələn tədris ilindən orta məktəblərdə azyaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə dəyişiklik nəzərdə tutulur.

APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında təhsil naziri Ceyhun Bayramov bildirib.

O qeyd edib ki, bu istiqamətdə işlər gedir, tədqiqatlar aparılır: “Hesab edirəm ki, xüsusi olaraq aşağı yaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə növbəti tədris ilində bir sıra dəyişikliklər nəzərdə tutulacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR