ABŞ hərbi gəmisi İran qayıqlarına xəbərdaredici atəş açıb

ABŞ hərbi gəmisi İran qayıqlarına xəbərdaredici atəş açıb
# 29 iyul 2017 11:16 (UTC +04:00)

ABŞ hərbi gəmisi İran qayıqlarına xəbərdaredici atəş açıb. APA-nın “abcnews.go.com”-a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı İran dövlət televiziyası yayıb. Məlumata görə, ABŞ hərbi donanmaya məxsus Nimits təyyarə daşıyıcı gəmisi və onu müşahidə edən digər gəmi Fars körfəzində İrana adi dəniz neft platformalarına yaxınlaşıb. Təyyarə daşıyıcı gəminin göyərtəsindən qalxan helikopter İran İnqilabı Keşikçiləri Korpusuna tabe qayıqlar üzərində uçub. Hadisənin cümə günü günorta saatlarında baş verdiyi bildirilir. Qeyd edə ki, bir neçə gün əvvəl ABŞ donanmasının patrul qayığı ona cüzi məsafəyə yaxınlaşan İran qayığına xəbərdaredici atəş açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR