Rusiyada Azərbaycan vətəndaşı yol polisinin avtomobilində ölüb

Rusiyada Azərbaycan vətəndaşı yol polisinin avtomobilində ölüb
# 27 dekabr 2019 19:04 (UTC +04:00)

Rusiyada Azərbaycan vətəndaşı yol polisinin avtomobilində infarkt keçinərək ölüb.

APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, hadisə Leninqrad vilayətinin Volosovskiy rayonunda baş verib. Yol patrul xidməti əməkdaşı "Narva" avtomobil yolunda hərəkət edən və ön işıqları yanmayan avtomobili saxlayıblar. Avtomobilin sürücüsü Azərbaycan vətəndaşı olub. Yol polisi Azərbaycan vətəndaşına polis avtomobilində inzibati protokol tərtib edən zaman həmyerlimizin anidən vəziyyəti pisləşib. O, çətinliklə nəfəs almağa başlayıb.

YPX əməkdaşları təcili tibbi yardım briqadası çağırıblar. Lakin Azərbaycan vətəndaşının xilas etmək mümkün olmayıb. O, infarktdan avtomobildə keçinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR