Professor Zəkəriyyə Əlizadə vəfat edib

Professor Zəkəriyyə Əlizadə vəfat edib
# 25 noyabr 2016 14:19 (UTC +04:00)

Geologiya-mineralogiya elmləri doktoru, professor Zəkəriyyə Əlizadə noyabrın 23-də 80 yaşında vəfat edib.

Bu barədə APA-ya AMEA-dan məlumat verilib.

Z. Əlizadə 1936-cı il fevralın 4-də Şəki şəhərində anadan olub. 1953-cü ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olub, 1958-ci ildə ali məktəbi dağ-mədən geoloqu mühəndisi ixtisası üzrə başa vurub. Z. Əlizadə 1972-ci ildə Azərbaycan EA Rəyasət Heyətinin sərəncamına əsasən köçürmə yolu ilə Şəki Elmi Bazasına rəhbər təyin edilib. 1962 - 2010-cu illərdə alimin 80-dən çox elmi məqaləsi, 4 kitabı nəşr olunub. AMEA-nın yaradılmasının 60 illik yubileyi ilə əlaqədar ölkə prezidentinin sərəncamı ilə o, “Tərəqqi” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR