“İrma” qasırğası Floridaya çatıb

“İrma” qasırğası Floridaya çatıb
# 10 sentyabr 2017 08:27 (UTC +04:00)

“İrma” qasırğası ABŞ-ın Florida ştatının sahillərinə çatıb.

APA-nın “Alman dalğası” radiosuna istinadən verdiyi məlumata görə, sentyabrın 9-da axşam saatlarında sürətli saatda 120 kilometrə çatan külək və leysan yağışla müşayiət olunan qasırğa Florida-Kis arxipelağında 200 min evin elektrik enerjisi təchizatından mərhum qalmasına səbəb olub.

Bu gün Floridanı vuracaq qasırğa ilə əlaqədar 6 milyon insana evlərini tərk etmək məsləhət görülüb. Bu, ştat əhalisinin 30 faizidir. “İrma” qasırğası Kubanı keçdikdən sonra 5 baldan 4 bal gücünə ensə də, qasırğanın yenidən güclənərək 5 bal səviyyəsinə çatacağı istisna edilmir. Qasırğanın Floridanın qərb sahillərində daha ciddi dağıntılara yol açacağı gözlənilir. Bəzi rayonlarda dalğaların hündürlüyü 4,5 metrə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR