Nazir müavininin oğluna qarşı dələduzluqda təqsirləndirilən bank əməkdaşının şikayəti əsasında məhkəmə başlayıb

Nazir müavininin oğluna qarşı dələduzluqda təqsirləndirilən bank əməkdaşının şikayəti əsasında məhkəmə başlayıb
# 12 mart 2018 09:31 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Eldar Salmasinin cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

E. Salmasinin vəkili Anar Qasımlı məhkəmənin qismən istintaqla aparılması ilə bağlı vəsatət qaldırıb.

Hakim bildirib ki, vəsatətə növbəti iclasda münasibət bildiriləcək.

Təqsirləndirilən E. Salmasi isə kənd təsərrüfatı nazirinin nazir müavini İlham Quliyevi ittiham edərək, oğlunu və qohumlarını qəsdən zərərçəkmiş şəxs kimi təqdim etdiyini qeyd edib.

Məhkəmə baxışı martın 13-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Salmasi 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, "Zaminbank" ASC-də xəzinədar olmuş E. Salmasi vətəndaşları ucuz qiymətə dollar satmaq adı ilə aldadaraq dələduzluq edib. E. Salmasi vəzifəsindən azad edildikdən sonra da bir neçə şəxsə qarşı dələduzluq əməli törədib.

Məlumata görə, iş üzrə zərərçəkmiş şəxs qismində kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin oğlu Ərdəbil Quliyev də tanınıb. Ona qarşı 150 min manat məbləğində dələduzluq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR