“İçəri Şəhər” filmi Tallin Film Festivalına dəvət alıb

“İçəri Şəhər” filmi Tallin Film Festivalına dəvət alıb
# 03 noyabr 2016 08:02 (UTC +04:00)

“İçəri Şəhər” bədii filmi 20-ci Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalına dəvət alıb. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, festival noyabrın 11-dən 27-dək keçiriləcək. Film festivalın “Forum” proqramında nümayiş etdiriləcək.

“İçəri Şəhər” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Film 35-ci Qahirə Beynəlxalq Film Festivalı və 47-ci Hindistan Beynəlxalq Film Festivalına (Qoa) dəvət edilib. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci Van gölü Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb. Psixoloji dram janrında lentə alınan ekran əsərinin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Anar Xəlilov və Elmira Şabanova canlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR