Dövlət Departamenti Venesueladakı prezident seçkilərini qeyri-legitim adlandırıb

Dövlət Departamenti Venesueladakı prezident seçkilərini qeyri-legitim adlandırıb
# 21 may 2018 04:27 (UTC +04:00)

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert Venesuelada keçirilən prezident seçkilərini qeyri-legitim adlandırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Hizer Nauertin “Tvitter”də dərc etdiyi bəyanatda deyilir.

“ABŞ dünyadakı digər demokratik ölkələrlə birlikdə Venesuela xalqını və onun azad və ədalətli seçkilər vasitəsilə öz nümayəndələrini seçmək suveren hüququnu dəstəkləyir”, - deyə Hizer Nauert qeyd edib.

Seçkilərdə 2013-cü ildən ölkəyə rəhbərlik edən Nikolas Maduronun təkrar prezident seçiləcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR