Şabranda evlərdən oğurluq edən şəxs tutulub

Şabranda evlərdən oğurluq edən şəxs tutulub
# 11 avqust 2017 08:16 (UTC +04:00)

Şabran rayonunda yaşayış evlərindən oğurluq edən 18 yaşlı şəxs saxlanılıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, bir neçə evdən oğurluq etməkdə təqsirli bilinən Zamin Məlikov Şabran rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Araşdırmalar nəticəsində onun Şabranda 4 evdən oğurluq etdiyi müəyyənləşib. 2016-cı ildə də eyni əmələ görə tutulan Z. Məlikov azyaşlı olduğu üçün barəsində həbs qərarı çıxarılmayıb.

Saxlanılan şəxsin ümumilikdə vətəndaşlara 5782 manat ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR