Bakı-2015: Bu gün yalnız üzgüçülük və qılıncoynatmada mükafatçılar müəyyənləşəcək

Bakı-2015:  Bu gün yalnız üzgüçülük və qılıncoynatmada mükafatçılar müəyyənləşəcək
# 24 iyun 2015 04:54 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, bu gün yalnız üzgüçülük və qılıncoynatmada mükafatçılar müəyyənləşəcək.

10 dəst medaldan 8-i üzgüçülərin, 2-si qılıncoynadanların payına düşəcək. İndiyədək Avropa Oyunlarında 163 mükafat dəsti sahibini tapmışdısa, bu rəqəm 173-ə çatacaq.

Bu gün çimərlik futbolunda mübarizəyə start veriləcək. Boks, badminton, voleybol və basketbolun 3x3 növü üzrə yarışlarda növbəti qarşılaşmalar baş tutacaq. Voleybolçular yarımfinalçıları müəyyənləşdirəcəksə, boksda bəzi finalçıların adları bəlli olacaq. Badmintonçularla basketbolçular isə qrup mərhələsini davam etdirəcək.

24 iyun

09:00. Badminton

Qrup mərhələsi, III tur

Bakı İdman Zalı

09:00. Qılıncoynatma

Kişilər, şpaqa

Qadınlar, rapira

Bakı Kristal Zalı

09:30. Üzgüçülük

Bakı Su İdmanı Mərkəzi

12:30. Boks

1/4 final

Qadınlar, 60 kq

Kişilər, 75 kq, 91 kq

Yarımfinal

Qadınlar, 51 kq, 75 kq

Kişilər, 49 kq, 81 kq

Bakı Kristal Zalı

13:00. Voleybol

Kişilər, 1/4 final

Bakı Kristal Zalı

15:00. Voleybol

Kişilər, 1/4 final

Bakı Kristal Zalı

15:30. 3x3 Basketbol

Qrup mərhələsi

Basketbol Arenası

16:00. Çimərlik futbolu

Qrup mərhələsi, I tur

Çimərlik futbolu arenası

19:00. Voleybol

Kişilər, 1/4 final

Bakı Kristal Zalı

21:00. Voleybol

Kişilər, 1/4 final

Bakı Kristal Zalı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR