"Anglo Asian Mining" şirkətinin səhmləri ikiqat bahalaşıb

"Anglo Asian Mining" şirkətinin səhmləri ikiqat bahalaşıb
# 16 yanvar 2018 06:36 (UTC +04:00)

Azərbaycanda qızıl hasilatı ilə məşğul olan "Anglo Asian Mining" şirkətinin səhmləri 2018-ci ildə ikiqat bahalaşıb.

APA-Econmics” xarici mətbuata istinadən xəbər verir ki, bu bahalaşma 2018-ci ildə davam edəcək.

Səhmlərin bahalaşmasına bir neçə səbəb göstərilsə də əsas səbəb kimi şirkətin Azərbaycanda üç mədəndə hasilat əməliyyatlarını genişləndirməsi göstərilir. Şikrətin baş icraçı direktoru Reza Vəziri bildirib ki, Azərbaycanda hasilatla bağlı olduqca çox məşğul olmuşuq. “2017-ci ildə Gədəbəydə qızıl və qızıl-mis hasilatının optimallaşdırılması ilə məşğul olmuşuq. 2018-ci ilin birinci rübündə isə hasilata töhfə vermək üçün hasilata başlamağı səbirsizliklə gözləyirik. Artıq minerallaşdırmaq haqqında məlumatlıyıq.

Qeyd edək ki, "Anglo Asian Mining" 1997-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Həmin dövrdə imzalanan PSA müqaviləsinə əsasən, şirkət ölkə ərazisində 6 qızıl yatağında hasilat işləri aparır. PSA müqavilədə "Anglo Asian Mining" 49%-lik paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR