Quba Regional Perinatal Mərkəzində üçəm doğulub.
İcbari Sığorta üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, Şabran şəhər sakini, 19 yaşlı Qızılgül Zabitlinin dünyaya gətirdiyi körpələrdən ikisi qız (2 və 2,2 kq), biri isə oğlan (1,4 kq) uşağıdır. Hazırda uşaqlar sərbəst nəfəs alır, çəkiləri artır və laborator göstəriciləri yaxşılaşır. Onların yaxın günlərdə evə buraxılması nəzərdə tutulub.