Şəmkir sakini dəm qazından zəhərlənib, vəziyyəti ağırdır

Şəmkir sakini dəm qazından zəhərlənib, vəziyyəti ağırdır
# 29 yanvar 2017 15:09 (UTC +04:00)

Şəmkirdə dəm qazından zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Keçili kənd sakini 1991-ci il təvəllüdlü Aygün Böyükkişiyeva dəm qazı ilə ağır zəhərlənmə əlaməti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.

A. Böyükkişiyevaya dərhal tibbi yardım göstərilib, vəziyyəti ağırdır. A. Böyükkişiyeva yaşadığı evdə hamamda olarkən dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR