İran və Almaniya gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdiriblər

İran və Almaniya gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdiriblər
# 21 iyul 2015 02:35 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün İranda səfərdə olan İran-Almaniya əməkdaşlığına dair konfransda vitse-kansler, Almaniyanın iqtisadiyyat və energetika naziri Ziqmar Qabriel bildirib.

“Hazırda iki mindən çox şirkət İran-Almaniya Ticarət Palatasına üzvüdür. Bu gələcəyə yüksək potensialın olduğunu və hər iki tərəfin faydalı iqtisadi əlaqələri inkişaf etdirmək niyyətində olduğunu nümayiş etdirir”, deyə o bildirib.

Ziqmar Qabriel qeyd edib ki, İran və Almaniya arasında mal dövriyyəsinin həcmi əvvəllər 2,4 mlrd olub. Onun sözlərinə görə, sanksiyaların ləğvindən sonra bu göstərici iki dəfə artırıla bilər.

Almaniyanın iqtisadiyyat və energetika naziri qeyd edib ki, alman şirkətləri İran bazarına tək öz mallarını satmaq üçün yox, həm də bir sıra sahələrin və sənaye müəssisələrinin təkmilləşdirilməsi məqsədi ilə daxil olur. Bununla əlaqədar nazir ölkəsinin İranla müasir texnologiyalar ilə bölüşməyə hazır olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR