Antoniu Quterreş: “Tezliklə Trampla görüşmək istəyirəm”

Antoniu Quterreş: “Tezliklə Trampla görüşmək istəyirəm”
# 29 dekabr 2016 02:26 (UTC +04:00)

BMT-nin yeni baş katibi, Portuqaliyanın sabiq baş naziri Antoniu Quterreş ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla görüşmək istədiyini bildirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, A. Quterreş yeni Vaşinqton administrasiyası ilə konstruktiv dialoqun qurulmasına hazır olduğunu vurğulayıb.

“Sözsüz ki, mən tezliklə Trampla görüşmək istəyirəm. ABŞ BMT-nin əsas maliyyə donorlarından biri və mühüm üzvüdür. Mənim noyabrda Rusiya prezidenti Vladimir Putinlə çox gözəl görüşüm oldu. Ümidvaram ki, bu Donald Trampla görüşdə də təkrarlanacaq ”, deyə A. Quterreş qeyd edib.

D.Tramp dekabrın 27-də özünün “Tvitter” hesabında yazıb ki, BMT çox nəhəng potensiala malik olsa da, hazırda yalnız xoş vaxt keçirmə yeri kimi tanınır.

Antonio Quterres gələn il yanvarın 1-dən BMT-nin baş katibi postunu tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR